Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində oyunçulara komandadan ayrılmaq ehtimalından söz açıb.
Qutb.az xəbər verir ki, bu barədə o, Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğıub etdikləri matçdan sonra danışıb.
“Bəzi təkliflərdən sonra futbolçuların başı gedir. Yəni pul onların gözünü örtür. Mən də onlara bildirirəm ki, belə olmaz. Həm klub rəsmiləri, həm də menecerlər tərəfindən o qədər lazımsız təkliflər gəlir ki… Amma bilmirlər ki, bunlar 3-5 manata oynayır. Belə halda 1-2 ay oyunçunun fikri dağılır. Elə olanda da gərək Çempionlar Liqasının qrupunda oynamayaq. Mən də bir baş məşqçi olaraq daim məsləhət verirəm.
Amma özü, ailəsi düşünməlidir. Mənim üçün bu dəqiqə “Qarabağ”ı, bu futbolçuları əldə saxlamaq böyük bir problemə çevrilib. 90 faiz oyunçulara təklif var. Biri Çindən, biri Səudiyyə Ərəbistandan… Juninyonu verdik. Braziliya ona 5 milyon, “Sevilya” isə 3 milyon verdi. Amma biz İspaniyaya getməyinə razı idik, daha yaxşı yerə getməsini istəyirdik. Zənglər çoxdur".