25.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Dünya çempionatında daha iki medal

24 avq 2025 03:00
İDMAN
ads
Advertisement

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatı sona yaxınlaşır.

 

Qutb.az xəbər verir ki, yarışın yeddinci günündə daha iki yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

 

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiyə 3:5 hesabı ilə uduzaraq gümüş medala sahib olub.

 

Fəraim Mustafayev (67 kq) yaponiyalı Takaku Suzukiyə 5:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.

 

Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova "tuş"la uduzub.

 

Beləliklə, Azərbaycan güləşçiləri dünya çempionatında ümumilikdə 8 medal qazanıblar. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal əldə ediblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur