200-ə yaxın silahlı zərərsizləşdirildi - Nigeriyada antiterror əməliyyatı
İndoneziyada güclü zəlzələ baş verdi
“Bakıya qələbə üçün gəlmişdik”.
Qutb.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, “Qarabağ”ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib: “Onlar bizdən yaxşı oynadı. Matçla bağlı danışmağa sözüm yoxdur. Sabah oyunu analiz edəcəyik. Məğlubiyyətə səbəb çoxdur. Səhvlərdən dərs çıxarmaq önəmlidir”, - deyə Ceton Beqiri bildirib.