14.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

"Arsenal"a keçmək üçün sevgilisindən ayrıldı

13 iyl 2025 11:00
İDMAN
ads

"Sportinq"in futbolçusu Viktor Dyökeres sevgilisi İnes Aguiardan ayrılaraq "Arsenal"a keçib və bütün diqqətini İngiltərə klubuna yönəldib. İsveçli hücumçu artıq Portuqaliya ilə heç bir əlaqəsinin qalmasını istəmir.

 

Qutb.az-ın xəbərinə görə, Portuqaliyanın "Sportinq" klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökereslə uzun müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal"la maraqlanırdı. İsveçli "Arsenal"a keçmək üçün sürpriz addım atıb.

 

Məlumata görə, "Arsenal"a transfer olmaq istəyən Dyökeres Portuqaliya ilə bütün əlaqələrini kəsmək istədiyini deyərək sevgilisi İnes Aguiardan ayrılıb. Xəbərdə hücumçunun bu qərara diqqətini yalnız "Arsenal"a keçidinə yönəltmək istədiyi üçün verdiyi bildirilir. Cütlüyün yay tətilini ayrı-ayrı ölkələrdə keçirdiyi bildirilir.

 

"Sportin" də ikinci mövsümünü başa vuran ulduz hücumçu bu mövsüm 52 oyunda meydana çıxıb, 54 qol vurub, 12 məhsuldar ötürmə edib və ümumilikdə 66 qola birbaşa töhfə verib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur