08.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Ronaldu karyerasını nə vaxt başa vurur?

08 iyn 2025 02:00
İDMAN
ads
Advertisement

Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirməsi ilə bağlı sualı cavablandırıb.

 

Qutb.az "Euro-Football"a istinadən xəbər verir ki, ulduz hücumçu bu barədə mətbuat konfransında danışıb.

 

40 yaşlı forvardın sözlərinə görə, butslarını nə vaxt asacağına hələ qərar verməyib. Ronaldu yalnız futboldan həzz almadıqda oynamağı dayandıracağını bildirib.

 

"Təqaüdə çıxmaq? Mənim şüarım hər günü yaşamaqdır. Oynamağa çox illərim qalmayıb, amma bu andan həzz alıram. Karyeramın bitmə tarixi yoxdur. Özümü xoşbəxt hiss edirəm. Mən həzz almaq və oynamağa davam etmək üçün buradayam - həzz aldığım günə qədər", - portuqaliyalı qeyd edib.

 

Xatırladaq ki, iyunun 8-də Millətlər Liqasının finalında Portuqaliya və İspaniya milliləri üz-üzə gələcəklər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur