13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

5 nəfər Öcalanla görüşə gedir

12 okt 2025 23:00
DÜNYA
ads

Türkiyə parlamentində təmsil olunan partiyaların nümayəndələrindən ibarət 5 nəfər özünü buraxan PKK terrorçularının rəhbəri Abdullah Öcalanla görüşəcək.

Qutb.az xəbər verir ki, bu barədə DEM Partiyasının üzvü, İmralı heyətinin təmsilçisi Pərvin Buldan bildirib.

O, parlamentdə təmsil olunan partiyalardan ibarət beş nəfərlik nümayəndə heyətinin İmralı adasına səfərinin planlaşdırıldığını açıqlayıb.

Buldan bu barədə 11 oktyabrda “Medya Haber TV”yə verdiyi müsahibəsində məlumat verib. O bildirib ki, səfərdə hansı partiyaların iştirak edəcəyi hələ tam bəlli deyil:

“Parlamentdə qrupu olmayanlar gedəcəkmi, getməyəcəkmi? Bu barədə hələlik dəqiq məlumat yoxdur”, – deyə Buldan qeyd edib.

O, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun İmralı adasına getməyəcəyini də vurğulayıb.

Buldanın bu açıqlamasına hökumət tərəfindən hələlik rəsmi cavab verilməyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur