05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Ərdoğan Şimali Kiprdə

03 may 2025 23:00
DÜNYA
ads

Mayın 3-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada yeni “Cümhuriyyət” kompleksinin açılış mərasimi olub.

 

Qutb.az xəbər verir ki, ərazisində ŞKTC Prezident Administrasiyası, parlament, hökumət və Şimali Kipr Ali Məhkəməsinin binalarının yerləşdiyi kompleksin açılış mərasimində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ŞKTC-nin lideri Ersin Tatar iştirak ediblər.

 

Türkiyə Prezidenti iştirakçılara müraciət edərək, 2022-ci ildə başlanan genişmiqyaslı layihənin başa çatmasından dərin məmnunluğunu ifadə edib.

 

"Bugünkü hadisə sıradan bir hadisə deyil, əlamətdar hadisədir. ŞKTC “Cümhuriyyət” kompleksinin açılışı bizim iradəmizin və azadlıq əzmimizin göstəricisi, Şimali Kiprə artan inamın təzahürüdür" deyən Ərdoğan Türkiyənin dəstəyi ilə tikilən yeni kompleksin ümumi sahəsinin 639 min kvadratmetrdən çox olduğunu vurğulayıb.

 

Türkiyə Prezidenti ilk mərhələdə ŞKTC Prezident administrasiyası və parlamentinin binalarının istifadəyə verildiyini, yaxın gələcəkdə dövlət qurumlarının və Ali Məhkəmənin də buraya köçürüləcəyini, Milli bağın və məscidin istifadəyə veriləcəyini bildirib.

 

Türkiyə lideri Şimali Kipr xalqını dəstəkləməyə davam etməkdə qərarlı olduğunu vurğulayıb.

 

ŞKTC Prezident administrasiyasının hazırkı binasının muzeyə çevrilməsi planlaşdırılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur