12.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

İran "Sülh Sammiti"nə GETMƏDİ

12 okt 2025 17:00
DÜNYA
ads
Advertisement

İran nümayəndələri oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə qatılmayacaq.

 

Qutb.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, dəvətə baxmayaraq, İran hökumətinin nümayəndələrinin heç biri sammitdə iştirak etmək üçün Misirə uçmağı planlaşdırmır.

 

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olub. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasından sonra qüvvəyə minib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur