Tanınmış teleaparıcı vəfat etdi
Kuba hökuməti Ukrayna müharibəsində Rusiyanın tərəfində iştirak etməsi və vətəndaşlarını döyüş əməliyyatlarına göndərməsi barədə ABŞ-ın ittihamını rədd edib.
Qutb.az-ın xəbərinə görə, bu barədə Kuba Xarici İşlər Nazirliyi bəyanatında bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Kuba vətəndaşlarının Rusiya tərəfində Ukrayna müharibəsində iştirakı barədə məlumatlı olduqlarını bildirmişdi.
Kuba XİN bəyan edib ki, hakimiyyət öz təşəbbüsləri ilə hər iki tərəfdən Rusiya-Ukrayna müharibəsində iştirak edən kubalılar barədə dəqiq məlumata malik deyil: “Birmənalı olaraq həmin şəxslər Kuba hökuməti tərəfindən dəstəklənməyib, buna həvəsləndirilməyib, Kuba hökumətinin bununla bağlı razılığı olmayıb”.