Suriyanın Süveyda şəhərində keçid hökumətinə bağlı qüvvələrlə druz icmasının özünümüdafiə dəstələri arasında baş vermiş silahlı qarşıdurmalar nəticəsində azı 356 nəfər həyatını itirib.
Qutb.az-ın məlumatına görə, bu barədə "Sky News Arabia" məlumat yayıb.
Məlumata əsasən, ölənlər arasında 55 mülki şəxs və 79 özünümüdafiə dəstəsinin üzvü var. Eyni zamanda, Dəməşqdən sabitliyi bərpa etmək məqsədilə göndərilən Daxili İşlər və Müdafiə nazirliklərinin xüsusi təyinatlı bölmələri 189 hərbçisini itirib. Hökumətyönlü ərəb qəbilələrinə aid olan birləşmələrin isə 18 döyüşçüsü həlak olub.
Bundan əlavə, iyulun 16-da İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində Suriya daxili təhlükəsizlik xidmətinin 15 əməkdaşı da həyatını itirib.