Zibil daşıyan maşın “Range Rover”lə toqquşub aşdı: Fəhlə öldü - VİDEO - FOTO
ABŞ prezidenti Donald Trampın tərəflərin atəşkəs üçün danışıqları qəbul etdiyini açıqlamasına baxmayaraq, Kamboca və Tayland sərhəd xəttində qarşılıqlı hücumlarını davam etdirib.
Qutb.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Kamboca və Tayland sərhədində 32 nəfərin həyatını itirdiyi və 200 mindən çox insanın yerindən olduğu toqquşmaların sona çatması üçün beynəlxalq təzyiqlər davam edir.
Hər iki tərəf Trampın atəşkəs çağırışına müsbət cavab verməsinə baxmayaraq, sərhəddəki gərginlik gecə boyunca qarşılıqlı hücumlarla davam edib.
Kamboca baş naziri Hun Manet keçirdiyi mətbuat konfransında Trampın atəşkəs çağırışını tam dəstəklədiyini və Taylandla danışıqları qəbul etdiyini bildirib.
Lakin Hun Manetin açıqlamasından bir neçə saat sonra Kamboca Müdafiə Nazirliyinin sözçüsü Maly Socheata Taylandın təcavüzkar hərəkətlərini davam etdirdiyini deyib.
Maly Socheata toqquşmalar nəticəsində 80 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.
Tayland Xarici İşlər Nazirliyinin açıqlamasında atəşkəsin dəstəkləndiyi bildirilsə də, Kambocanın Surin əyalətində mülki vətəndaşları hədəfə aldığı iddia olunub.
Kambocadan “səmimi niyyət” gözlədiyini bildirən Tayland, sərhəd xəttində hücumlarını davam etdirib.