13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Türkiyədən Qəzzaya humanitar yardım 

13 okt 2025 05:00
DÜNYA
ads

Oktyabrın 8-də İsrail ilə Fələstin arasında atəşkəslə bağlı əldə olunan razılıqdan sonra Türkiyədən Qəzza zolağına humanitar yardımların çatdırılması istiqamətində fəaliyyətlər sürətlənib.

 

Qutb.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamenti açıqlama verib.

 

Məlumatda qeyd edilib ki, Türkiyədən bölgəyə 100 yük maşını ilə göndərilən yardım karvanı Misirin Əl-Ariş şəhərindən Karem Ebu Salem sərhəd qapısına çatdırılıb.

 

Bu çərçivədə, bu il iyulun 27-dən etibarən 333 yük maşını yardımın Qəzzaya keçidi təmin edilib.

 

Oktyabrın 13-də Türkiyəyə məxsus daha 20 yük maşını yardım, eləcə də çadırlar bölgəyə göndəriləcək.

 

Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən bugünədək Türkiyədən Qəzzaya 16 gəmi və 14 təyyarə ilə ümumilikdə 101 min 725 ton humanitar yardım göndərilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur