23.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Türkiyədən sülh diplomatiyası ÇAĞIRIŞI

22 iyn 2025 23:00
DÜNYA
ads
Advertisement

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik bölgədə gərginliyin kəskin artması fonunda danışıqlar masasına qayıtmağa çağırıb.

Qutb.az xəbər verir ki, Çelikin bazar günü sosial şəbəkədəki paylaşımında Prezident Rəcəb Tayyib Ərdoğanın “ziddiyyətlərin nizamlanması üçün yeganə mümkün format olan” dialoq çağırışı xatırlanıb.

“Bölgədəki proseslər Türkiyə liderinin lap əvvəldən etdiyi - danışıqlar masasına qayıtmaq çağırışının doğruluğunu təsdiqləyir. Bundan sonra danışıqlar əsas götürülməlidir”, - deyə AKP nümayəndəsinin çağırışında qeyd edilir.

Ö.Çelik həmçinin Prezident R.T.Ərdoğanın regional və dünya liderləri ilə çoxsaylı görüşlərini xatırladıb.

“Prezident Ərdoğan Ankaranın sülh diplomatiyasını, o cümlədən Türkiyədə danışıqların təşkilini hərtərəfli dəstəkləməyə hazır olduğunu vurğulayıb”, - deyə qeyd edən partiya nümayəndəsi ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi fonunda münaqişənin miqyasının genişləndirilməsi riskindən narahatlığını ifadə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur