Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
Donald Tramp administrasiyası ABŞ-da təhsil almaq istəyən bütün beynəlxalq tələbələr üçün yeni tələb tətbiq etməyə hazırlaşır.
Qutb.az xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.
Bildirilib ki, prezident prosedura onların sosial media hesablarının yoxlanılmasını əlavə etməklə, potensial müraciət edənlərin yoxlanılmasını gücləndirmək niyyətindədir.
Nəşrin məlumatına görə, yeni yoxlama formasına hazırlıq çərçivəsində administrasiya artıq ölkənin səfirliklərinə və konsulluqlarına yeni tələbə vizası müsahibələrinin vaxtını dayandırmağı əmr edib.