31.05.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

Arvadı Makronu niyə vurub? - Yelisey Sarayından CAVAB - VİDEO

26 may 2025 14:00
DÜNYA
ads

Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla mübahisəsinə aydınlıq gətirib.

Qutb.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, bu görüntülərdə əslində mübahisə baş verməyib.

Məlumata görə, görüntülər Makronun Cənub-Şərqi Asiyaya səfəri zamanı çəkilib.

"Bu, rəsmi səfər başlamazdan əvvəl prezidentlə həyat yoldaşının sadəcə olaraq gülüşlə gərginliyi azaltdığı bir an idi. Bu, yaxınlıq anı idi", - açıqlamada qeyd olunur.

***

12:30

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı qəribə hadisə yaşanıb.

Qutb.az Fransa mediasına istinadən xəbər verir ki, Hanoi Hava Limanına çatdıqda Makronun təyyarədən enməsi üçün hazırlıqlara başlanılıb.

Bu zaman təyyarənin qapısı açıldıqda həyat yoldaşının Makronun üzünə iki əli ilə vurduğu görünüb. Hadisənin görüntüləri isə “Associated Press” agentliyinin kamerasına tuş gəlib.

Videodan E.Makronun çaşqınlıq içərisində qaldığını, daha sonra isə özünü ələ alaraq ətrafdakıları salamladığını görmək mümkündür.

Bununla yanaşı, cütlük təyyarədən endikdə Makron qolunu həyat yoldaşına doğru uzatsa da, o buna məhəl qoymayıb.

Cütlüyün sözügedən görüntüləri isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur