Aytən Səfərova barəsində cinayət işi başlanıldı
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı kütləvi hücumlarını “iyrənc” adlandırıb.
Qutb.az xəbər verir ki, bu barədə o, Oval Kabinetdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb.
O, Rusiyanın avqustun 8-nə qədər vaxtının olduğunu bildirib, atəşkəs razılaşması əldə olunmayacağı təqdirdə Moskvaya qarşı sanksiyalar tətbiq etmək planlarını təkrarlayıb.
"Rusiya... Məncə, onların etdikləri iyrəncdir", - Tramp deyib.
"Biz sanksiyalar tətbiq edəcəyik. Onun (Putinin -red.) sanksiyalardan narahat olub-olmadığını bilmirəm", - o əlavə edib.
Tramp həmçinin bildirib ki, onun xüsusi nümayəndəsi Steve Vitkoff tezliklə Rusiyaya səfər etməyi planlaşdırır.