07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi

07 avq 2025 21:00
DÜNYA
ads

Ukraynanın cənubunda Rusiya PUA-larının hücumuna məruz qalmış "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.

 

Qutb.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna qaz nəqliyyat şirkəti məlumat verib.

 

"Təchizat əvvəlki kimi həyata keçirilir. Bu gün ərzində Rumıniya sərhədinə yaxın yerləşən Orlovka vasitəsilə 0.42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operator nümayəndəsi bildirib.

 

Xatırladaq ki, Rusiya Ukraynanın cənubundakı Odessa vilayətində ABŞ və Azərbaycandan qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasına zərbə endirmişdi. Orlovka, Yunanıstan maye qaz terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir.

 

Ötən ay Ukrayna ilk dəfə Trans-Balkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirib və Azərbaycandan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur