18.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Bəxtiyar Ersay Türkiyədəki yeni vəzifəsində - FOTO

18 avq 2025 00:00
DÜNYA
ads
Advertisement

Ötən həftə Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersaya yeni vəzifə verilib.

Sərəncama əsasən, Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub.

Avqustun 5-də imzalanmış digər sərəncamla Bəxtiyar Ersaya ordu generalı rütbəsi də verilib.

Qutb.az-ın məlumatına görə, Ersay artıq səlahiyyətlərinin icrasına başlayıb.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Açıqlamada bildirilir ki, general Metin Tokel Birinci Ordunun komandanı vəzifəsini Ersaya təhvil verib.

Qeyd edək ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur