07.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Bu ölkədə iki nazir helikopter qəzasında öldü

06 avq 2025 20:00
DÜNYA
ads

Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.

 

Qutb.az xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.

 

Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.

 

Başqa bir məlumatda isə qəzada prezidentin müşaviri Samuel Sarponq də daxil olmaqla ümumilikdə səkkiz nəfərin öldüyü bildirilir.

 

Məlumata görə, əlverişsiz hava şəraiti axtarış- xilasetmə işlərini çətinləşdirib.

 

Hadisənin səbəbi hələlik məlum deyil.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur