13.06.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Dəhşətli təyyarə qəzasında ölənlər arasında tələbələr də var...

12 iyn 2025 19:00
DÜNYA
ads

Hindistanın Əhmədabad şəhərində "Boeing 787 Dreamliner" təyyarəsinin binaya çırpılması nəticəsində onlarla tibb fakültəsi tələbəsi xəsarət alıb.

Qutb.az-ın məlumatına görə, Hindistan Tibb Assosiasiyasının vitse-prezidenti Dhaval Gameti bildirib ki, təxminən 50-60 yaralı həkim xəstəxanalara aparılıb.

O, daha sonra üç tələbənin öldüyünü bildirib. Qəza yerində həkimlərin həyat yoldaşlarından birinin meyiti də tapılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Hazırda yalnız bir sərnişinin sağ qaldığı məlumdur.

Əhmədabad-London reysi ilə uçan təyyarə bu gün Hindistanın qərbində hava limanı yaxınlığında havaya qalxdıqdan qısa müddət sonra kollec binasının üzərinə enərək qəzaya uğrayıb. Təyyarədə 12 ekipaj üzvü olmaqla 242 nəfər olub. Sərnişinlər əsasən Hindistan və Britaniya vətəndaşlarıdır. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur