72-ci "Miss World" gözəllik müsabiqəsinin qalibi məlum olub.
Qutb.az xəbər verir ki, müsabiqənin qalibi Tailand vətəndaşə Suçata Çuanqsri olub.
Yarış Hindistanın Heydərabad şəhərində baş tutub.
Xanım Çuanqsriyə tacı ötən il müsabiqənin qalibi olmuş çexiyalı Kristina Pışkova təqdim edib. "Bu an sadəcə şəxsi qələbə deyil, bu, görünmək, eşitmək və fərq etmək istəyən hər bir gənc qız üçün ortaq bir arzudur", - o deyib.
Mükafat uğrunda 108 iştirakçı mübarizə aparıb.
Müsabiqə dörd həftə davam edib. Finalda iştirakçılara fikirlərini, dəyərlərini və nitq qabiliyyətini sınayan sual verilib. Finalçıların cavabları nəticələrin müəyyən edilməsində həlledici olub.