Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti iclası keçirildi
Əfqanıstan Müdafiə Nazirliyi Pakistanla sərhəddə baş verən silahlı toqquşmaların dayandırıldığını açıqlayıb.
Qutb.az xəbər verir ki, bu barədə qurum sosial şəbəkə X hesabında məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, Kabildə həyata keçirilən hava zərbəsinə cavab olaraq Əfqanıstan qüvvələri gecə saatlarında Pakistanın müxtəlif bölgələrindəki sərhəd postlarına hücumlar həyata keçirib. Bildirilir ki, əməliyyatlar gecəyarısına yaxın başa çatıb.
Qurum əlavə edib ki, əgər Pakistan tərəfi bundan sonra hərbi fəaliyyətini davam etdirərsə, Əfqanıstan qüvvələri müdafiə xarakterli cavab tədbirlərinə hazırdır.
***
22:44
Əfqanıstanla Pakistan arasında yerləşən Durand xətti boyunca gərgin hərbi toqquşmalar başlayıb.
Qutb.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.
Məlumata görə, “Taliban” hərəkatının silahlı qüvvələri Pakistan ordusunun sərhəd postlarına bir neçə istiqamətdən hücum ediblər. Pakistan hərbçiləri bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar.
Hazırda döyüşlər Kunar, Nangarhar və Hilmənd vilayətlərində daha da şiddətlənib. Məlumata əsasən, “Taliban” döyüş bölgəsinə əlavə hərbi qüvvələr göndərir və sərhədin bir neçə hissəsində intensiv atışmalar davam edir.
Pakistan mətbuatı bildirir ki, ölkənin 205-ci “Bədr” diviziyasına məxsus hərbi hissələr sərhəd istiqamətinə doğru hərəkət edir.
Bundan başqa, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri də havaya qalxıb.