26.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Ermənistandan Azərbaycan benzini ilə bağlı AÇIQLAMA

25 dek 2025 23:00
DÜNYA
ads

Ermənistanda Azərbaycandan göndərilən benzinin aşağı qiymətlə satılması ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirilib.

Qutb.az xəbər verir ki, Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Gegam Gevorkyan ölkəyə idxal olunan yanacağın məhz Azərbaycan benzini olduğunu bildirib və onun keyfiyyəti ilə bağlı heç bir şikayətin daxil olmadığını vurğulayıb.

Onun sözlərinə görə, bütün idxalçılar standart yoxlama prosedurlarından keçir, yanacaq laborator analizlərə cəlb olunur və hər hansı keyfiyyət problemi olsaydı, bu benzin Ermənistana buraxılmazdı.

Qiymət məsələsinə toxunan Gevorkyan qeyd edib ki, Azərbaycan benzininin bahalaşacağı halda istehlakçılar onu sadəcə almayacaqlar. O, bunun bazarda digər oyunçuları sıxışdırmaq məqsədi daşıyan iri həcmli idxal olmadığını, yalnız məhdud və eksperimental partiyanın gətirildiyini deyib.

Sədrin sözlərinə görə, qiymətin aşağı olmasının əsas səbəblərindən biri də dəmir yollarının daşımaya görə ödəniş götürməməsidir. Bu amil satış qiymətinə birbaşa təsir göstərib. Gevorkyan hesab edir ki, bu həcm qısa müddətdə tükənəcək və iqtisadi proseslər normallaşdıqdan sonra hansı yanacağın daha ucuz, hansının isə baha olduğu aydın görünəcək.

Komissiya sədri həmçinin böyük idxalçıların guya məcburi şəkildə Azərbaycan benzini idxal edib satmağa məcbur edilməsi barədə yayılan iddiaları əsassız adlandırıb.

Xatırladaq ki, hazırda Azərbaycan benzini Ermənistanda Run Oil yanacaqdoldurma məntəqələrində, o cümlədən paytaxt İrəvan da daxil olmaqla müxtəlif bölgələrdə litri 430 dram, yəni təxminən 1,93 manat qiymətinə satılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur