13.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Gürcüstanda yaşayan azərbaycanlılar üçün yeni qaydalar

12 iyl 2025 04:00
DÜNYA
ads

Əcnəbilərin Gürcüstana girişi, bu ölkədə qalması, yaşaması və işləməsi qaydaları dəyişdirilir, bir sıra qaydalar isə sərtləşdirilir.

 

Qutb.az xəbər verir ki, bununla əlaqədar Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə dəyişikliklər olunub. Ölkədə qalma müddətini ötmüş əcnəbilərin Gürcüstana girişinə qadağa qoyan dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

 

Bildirilir ki, 95 ölkənin vətəndaşlarına Gürcüstana vizasız səfər etmək və bir il ərzində ölkədə qalmaq imkanı verilir. Siyahıya Aİ ölkələri, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Belarus və Ukrayna daxildir.

 

Əvvəlki qanunvericiliyə görə, viza rejimini pozan əcnəbilər ölkəni tərk edərkən cərimə ödəyirdilər və sonra yenidən Gürcüstana qayıda bilirdilər. Cari il oktyabrın 1-dən etibarən isə əcnəbi Gürcüstanda 3 aya qədər qaldıqda, o, 180 deyil, 1000 lari məbləğində cərimə ödəməli olacaq və 6 ay müddətinə Gürcüstana səfərinə qadağa qoyulacaq.

 

Əgər əcnəbi ölkədə bir ildən azdırsa, ölkədə qanuni qalma müddəti bitdikdən sonra o, 360 lari əvəzinə 2 min lari cərimə ödəməli və iki il Gürcüstanla vidalaşmalı olacaq. Amma ölkədə bir ildən artıq qeyri-qanuni qalmaq üçün cərimə 360 lari deyil, üç il müddətinə ölkəyə giriş qadağası ilə 3 min lari olacaq.

 

Əcnəbilərin Gürcüstanda qeyri-qanuni qalmasına şərait yaradan şəxslər və şirkətlər 2 min lari cərimə ilə cəzalandırılacaqlar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur