26.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

İdmançılarımız 4 medal qazandı

26 iyl 2025 00:00
DÜNYA
ads

Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında dörd medal qazanıb.

 

Milli Paralimpiya Komitəsindən Qutb.az-a verilən məlumata görə, ikinci yarış günündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.

 

Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

 

Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.

 

16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur