15.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

İraq İsraildən BMT-yə şikayət etdi

14 iyn 2025 09:00
DÜNYA
ads
Advertisement

İraq hava məkanının İsrail tərəfindən pozulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.

Qutb.az İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bunu İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə telefon söhbətində deyib.

Son hadisələrin müzakirə edildiyi telefon söhbəti zamanı, həmçinin İranı hədəf alan hərbi təcavüzün İraq tərəfindən kəskin şəkildə pisləndiyi vurğulanıb, İraqın bu təhlükəli eskalasiyada İran hökuməti və xalqı ilə həmrəy olduğu diqqətə çatdırılıb.

İraq XİN başçısı beynəlxalq ictimaiyyəti İraq və regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid olan bu təkrarlanan pozuntulara qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb. Fuad Hüseyn İran tərəfini vəziyyətin sakitləşməsinə və regionda təhlükəsizlik və sabitliyin artmasına töhfə verə biləcək həll yollarına nail olmaq üçün Omanın vasitəçiliyi ilə ABŞ ilə dialoqu davam etdirməyə çağırıb. İranlı nazir, öz növbəsində İranın təhlükənin həcminə uyğun şəkildə cavab vermək və suverenliyini müdafiə etmək hüququna malik olduğunu” vurğulayaraq, İsrail təyyarələrinin İraqın hava məkanını pozduğunu qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur