"Aztelekom" xəbərdarlıq etmədən müştərinin abonentliyini dayandırıb? - AÇIQLAMA
Ankara Cümhuriyyət Baş Prokurorluğu paytaxt bələdiyyəsindəki konsert xərcləri ilə bağlı araşdırma çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyindən Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) başçısı Mansur Yavaş və onun xüsusi katibi Nevzat Uzunoğlu barəsində istintaq icazəsi istəyib.
Qutb.az-ın məlumatına görə, Baş Prokurorluğun müraciətində Yavaş və Uzunoğlu barəsində “vəzifədən sui-istifadə” və “nəzarət vəzifəsinin laqeyd icrası” ittihamları əsas gətirilib.
Mansur Yavaş qərara etiraz edərək bildirib ki, istintaqdan çəkinəcəkləri bir məsələ yoxdur:
“Bizi dəfələrlə yoxlamağa gəldilər. Hər dəfə də bütün sənədləri təqdim etdik. Yenə də araşdırsınlar, çəkinmirik,” – deyə o qeyd edib.
Ankara Böyükşəhər Bələdiyyəsində 2021–2024-cü illəri əhatə edən dövrdə konsert xərcləri ilə bağlı “qanunsuzluq” iddiaları üzrə istintaq başa çatıb və ittiham aktı hazırlanıb.
Sənədə əsasən, bələdiyyənin 32 konsert xidməti müqaviləsi üzrə 154 milyon lirədən çox dövlət vəsaitinə zərər vurulduğu iddia olunur.
Beşi həbsdə olmaqla ümumilikdə 14 nəfərin “xüsusi mənimsəmə” (nitelikli zimmet) maddəsi ilə 18 ilədək azadlıqdan məhrum edilməsi tələb edilir.
İttiham aktı Ankara 34-cü Ağır Cəza Məhkəməsinə göndərilib.
Xatırladaq ki, sentyabrın 26-da keçirilən əməliyyat zamanı bələdiyyənin keçmiş idarə rəisləri, şöbə müdirləri və bəzi özəl şirkət rəhbərləri “vəzifədən sui-istifadə” və “tenderdə fırıldaqçılıq” ittihamı ilə saxlanılmışdı.
Ankara Böyükşəhər Bələdiyyəsi isə iddiaları əsassız adlandırır.