Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 9-10 iyun tarixlərində Fransanın Nitsa şəhərinə işgüzar səfər edəcək.
Qutb.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyan Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.