Zirə və Şüvəlanda qanunsuz tikililər SÖKÜLDÜ
Ukraynanın Kiyev vilayətinin İrpin şəhərinin meri Oleksandr Markuşın 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
Qutb.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə paylaşım edib.
“İrpin Azərbaycanı Respublika Günü münasibətilə təbrik edir!
28 may 1918-ci ildə müstəqil demokratik Azərbaycan Respublikası yaranıb – bu gün İrpin icmasının və bütün Ukraynanın həqiqi dostu və tərəfdaşı olan azad ölkənin təməli məhz bu gün qoyuldu”, – o yazıb.
O, Azərbaycanın dəstəyi ilə şəhərdə akademik Zərifə Əliyeva adına 12 nömrəli lisey bərpa edildiyini və istilik izolyasiyası ilə təmin edildiyini xatırladıb. Bundan başqa, İrpindəki poliklinikanında əsaslı təmir edildiyini qeyd edib.
“Qarşıda Azərbaycanda Prezidenti İlham Əliyevin dəstəyi ilə İrpinin həyatı və inkişafı üçün vacib olan obyektlər də daxil olmaqla yeni layihələr var”, – şəhər meri vurğulayıb.
O, “hörmət, dəstək və sarsılmaz mövqelərinə görə” Azərbaycan rəhbərliyinə, hökumətinə, xalqına və Ukraynadakı səfir Seymur Mərdəliyevə təşəkkürünü bildirib.
“Azadlıq heç vaxt təsadüfi olmur, eləcə də həqiqi dostluq.
Xalqınıza və ölkənizə, eləcə də tərəfdaşlığımıza firavanlıq arzulayıram.
Təbrik edirəm, Azərbaycan!”, – o yazıb.