19.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Paşinyan anklavlarla bağlı suala belə cavab verdi

18 avq 2025 20:00
DÜNYA
ads
Advertisement

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyırlarsa, Azərbaycanın nəzarətində olan iki yüz kvadrat kilometrdən çox Ermənistan torpaqları necə olacaq?"

 

Qutb.az xəbər verir ki, Ermənistanın baş naziri xalqa müraciətində bu suala cavab verməyə çalışıb: "İzah etmək istəyirəm ki, bəyannamə və ilkin razılaşmada hər iki tərəf 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü qəbul edib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycanın əraziləri keçmiş sovet respublikalarının sərhədləri ilə müəyyənləşir.

 

Bu məsələlər delimitasiya və demarkasiya prosesində həll olunmalıdır. Burada yeni sülh məntiqi işləyir: Azərbaycanın nəzarətində olan Ermənistan ərazilərindən danışarkən biz Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərini də qəbul etməliyik. Həll yalnız qarşılıqlı və ədalətli sərhədlərin müəyyən edilməsi prosesi çərçivəsində mümkündür.

 

Mən başa düşürəm ki, belə vurğular bəziləri üçün ağır qəbul oluna bilər. Amma məhz bu, yeni sülh məntiqidir. Biz reallığa və regiona fərqli baxmalı, yenidən qiymətləndirməliyik".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur