31.05.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

"Bosniya qəssabı" ölüm ayağındadır

29 may 2025 04:00
DÜNYA
ads

Soyqırımı və müharibə cinayətlərinə görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin səhhətinin daha da pisləşdiyi və vəziyyətinin ağır olduğu bildirilib.

 

Qutb.az xəbər verir ki, həkimlər Haaqadakı həbsxanada səhhəti pisləşdikdən sonra xəstəxanada müalicəsi davam etdirilən “Bosniya qəssabı” ləqəbli R.Mladiçin ailəsinə onun xəstəliyinin sağalmaz olduğunu və cəmi bir neçə ay ömrünün qaldığını deyiblər.

 

Xatırladaq ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı R.Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib və o, ömürlük həbs cəzasına məhkum olunub.

 

R.Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Serb qoşunlarının 1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərinə daxil olması ilə başlayan soyqırımında bir neçə gün ərzində 8372 bosniyalı mülki şəxs öldürülüb və onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur