13.07.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Quterreşdən Ermənistan və Azərbaycan liderlərinin görüşünə REAKSİYA

12 iyl 2025 04:00
DÜNYA
ads

"İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər".

 

Qutb.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik "Report"a BMT baş katibinin iki lider arasında keçirilən görüşə münasibətinə dair sualına cavab olaraq bildirib.

 

Sözçü bildirib ki, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir: "Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir", - deyə S.Dujarrik vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur