30.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Rusiyanın neft-qazına sanksiya - Tramp DƏSTƏKLƏDİ

29 iyn 2025 21:00
DÜNYA
ads
Advertisement

ABŞ Prezidenti Donald Tramp Konqresdə Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyib.

Qutb.az xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem "ABC News"a müsahibəsində deyib.

“Dünən mən prezidentlə qolf oynayanda o, ilk dəfə mənə dedi ki, bu qanun layihəsi ilə irəliləməyin vaxtıdır”, - senator bildirib.

L.Qrem Senatın iyulda Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsinə baxacağını gözləyir.

Qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem və Riçard Blumentaldır. Layihə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% idxal rüsumları daxil edilib.

"Rusiyadan mal alsanız və Ukraynaya kömək etməsəniz, ABŞ-yə tədarükünüzə 500 % rüsum qoyulacaq. Hindistan və Çin Rusiya neftinin 70 %-ni alır, bu qanun layihəsi belə ölkələrə rüsumlar tətbiq etməyə imkan verəcək", - Qrem söyləyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur