09.06.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Sanksiya siyasəti iflasa uğrayıb - Orban

09 iyn 2025 02:00
DÜNYA
ads
Advertisement

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini bildirib.

 

Qutb.az xəbər verir ki, bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində deyib.

 

“Rusiyaya qarşı sanksiyalar Macarıstanı və Avropanı dağıdır”, – deyə V.Orban vurğulayıb. Onun sözlərinə görə, bu sanksiyalar nəticəsində Macarıstan son üç ildə 20 milyard avro itirib. “Bu, bizim ölkə üçün çox böyük məbləğdir”, - deyə Macarıstanın Baş naziri əlavə edib.

 

O, həmçinin bildirib ki, Avropa İttifaqı üzv ölkələrin suverenliyinə təhlükə yaradır, lakin yaranmış böhranlarla mübarizə aparmaqda aciz qalır. “Ukraynadakı münaqişənin həllində Aİ uğursuzluğa düçar olub, sanksiya siyasəti də iflasa uğrayıb”, – deyə Macarıstan hökumətinin başçısı qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur