23.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Suriya yeni əskinaslar buraxacaq

23 avq 2025 09:00
DÜNYA
ads

Alıcılıq qabiliyyəti azalan Suriya funtu gücləndirilir.

 

Qutb.az xəbər verir ki, 2011-ci ildə müharibə başlayandan bəri Suriya funtu öz dəyərinin 99 faizindən çoxunu itirib. Hazırda 10 min funt 50 dollardır.

 

“Reuters” agentliyinin məlumatına görə, valyutanın kəskin ucuzlaşması gündəlik əməliyyatları və pul köçürmələrini əhəmiyyətli dərəcədə çətinləşdirib.

 

Ailələr adətən həftəlik ərzaq alış-verişini çəkisi 500 qrama çatan 5 min funt-sterlinqlə ödəyirlər (hazırda bu ən yüksək nominaldır).

 

Əməliyyatları asanlaşdırmaq və pul sabitliyini yüksəltmək məqsədilə Suriya Mərkəzi Bankı avqustun ortalarında özəl banklara sıfırları silərək yeni valyuta buraxmaq niyyətini bildirib.

 

Funtun dəyərinin yüksəlməsi üçün parlamentin təsdiqinə ehtiyac olub-olmayacağı hələ bəlli deyil. Suriyada yeni qanunvericilik məclisinə ilk seçkilər sentyabr ayında keçiriləcək.

 

Yeni əskinasların buraxılışı hökumətə dövriyyədə olan nağd pula daha yaxşı nəzarət etməyə imkan verəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur