Lənkəranda dəhşətli hadisə: 90 yaşlı qadın yanaraq öldü
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə gözlənilən görüşdə Ukraynadakı müharibəni müzakirə edəcək.
Qutb.az xəbər verir ki, bu barədə prezident Donald Tramp özü bildirib.
"Mən onunla Rusiyanın Ukrayna ilə müharibəsini necə bitirə biləcəyimizi danışacağam, istər neft, istər enerji, istərsə də başqa bir şey. Və düşünürəm ki, o, çox anlayışlı olacaq", - o deyib.
Tramp, həmçinin Çin liderinin bu məsələdə Rusiya lideri Vladimir Putinə təsir edə biləcəyinə inandığını bildirib:
"Düşünürəm ki, o, Putinə çox təsir edə bilər. Düşünürəm ki, o, bir çox insana çox təsir edə bilər. Baxın, o, hörmətli insandır".