27.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Zelenskidən sammit TƏKLİFİ - Bu ölkələr iştirak etsin!

27 iyl 2025 20:00
DÜNYA
ads
Advertisement

Ukrayna Rusiya, ABŞ, Türkiyə və Avropa ölkələrinin liderlərinin iştirakı ilə sammitin keçirilməsini təklif edib. Bu, danışıqların yeni mərhələsi olacaq.

 

Qutb.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı məlumat verib.

 

Prezident qeyd edib ki, danışıqlar zamanı fransalı həmkarına İstanbulda Rusiya tərəfi ilə üçüncü görüşün nəticələri barədə məlumat verib.

 

"Biz yeni məhbus mübadiləsi ilə bağlı razılığa gələ bildik. Avqustun sonuna qədər sammit keçirmək təklifimizə cavab gözləyirik. Avropanın nümayəndələri iştirak etməlidir", - deyə Ukrayna Prezidenti vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, o, Makronla Ukraynanın Avropaya inteqrasiya yolunu da ətraflı müzakirə edib və yaxın gələcəkdə ilk danışıqlar klasterinin açılmasına imkan verəcək həllərin tapılması üzərində işləmək barədə razılığa gəliblər.

 

"Ukrayna və Moldovanın sinxron hərəkətə davam etməsi vacibdir. Biz, həmçinin Ukraynanın tam fəaliyyət göstərən antikorrupsiya infrastrukturunun işi haqqında danışdıq", - deyə Zelenski qeyd edib.

 

Prezident bildirib ki, bununla bağlı qanun layihəsi antikorrupsiya orqanlarının müstəqilliyinə və effektivliyinə zəmanət verir və Rusiyanın onlara təsirinin qarşısını alır.

 

Xatırladaq ki, iyulun 23-də Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul danışıqlarının üçüncü raundu keçirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur