ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.
Qutb.az xəbər verir ki, paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirib. O vaxtdan bəri Amerikanın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hər gün hücumları baş verir.