12.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

ABŞ dövlət katibinin müavini Ermənistan-Azərbaycan məsələsindən yazdı

12 may 2025 04:00
DÜNYA
ads
Advertisement

ABŞ dövlət katibinin müavini Kristofer Landau Vaşinqtonun Hindistan və Pakistan, eləcə də digər ölkələr, o cümlədən Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş bəyanatlarından bəhs edib.

Qutb.az xəbər verir ki, Landau özünün X mikrobloqunda yazıb ki, dövlət katibi Rubio son günlərdə Hindistan və Pakistan liderləri ilə telefonda yorulmadan əlaqə saxlayaraq, bu iki dövlət arasındakı münaqişənin sakitləşməsinə çalışıb.

"ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Vens administrasiyada hamımıza açıq şəkildə bildirdilər ki, məqsədimiz istər Hindistan və Pakistan, istər Rusiya və Ukrayna, istərsə də İsrail və onun qonşuları, Konqo Demokratik Respublikası və Ruanda, Azərbaycan və Ermənistan və ya digər ölkələr arasında sülhü təşviq etməkdir. Diplomatlar və səmimi desək, insanlar kimi biz bu gün müharibələrin qarşısını almağa və ya dayandırmağa səy göstəririk”, - ABŞ dövlət katibinin müavini Kristofer Landau bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur