12.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Afrika ölkəsində kütləvi etirazlar: Prezident paytaxtdan qaçdı

11 okt 2025 22:00
DÜNYA
ads
Advertisement

Madaqaskarın paytaxtı Antananarivoda davam edən etirazlar siyasi böhranı daha da dərinləşdirib.

Qutb.az xəbər verir ki, "Jeune Afrique" nəşrinin məlumatına görə, prezident Andri Radzuelina paytaxtı tərk edib.

Etirazlar sentyabrın 25-dən başlayıb. Aksiya iştirakçıları əvvəlcə su və elektrik enerjisinə çıxışın yaxşılaşdırılmasını, səhiyyə sisteminin bərpasını və korrupsiyaya qarşı mübarizə tələb edirdilər. Zamanla tələblər genişlənib və prezidentin istefası gündəmə gəlib.

Radzuelina 2009-cu ildə baş verən etirazlar nəticəsində hakimiyyətə gəlmiş, 2019-cu və 2023-cü ildə isə prezident seçilmişdi. Lakin son illər iqtisadi durğunluq və sosial bərabərsizlik onun reytinqinə ciddi zərbə vurub.

BMT-nin məlumatına görə, iğtişaşlar zamanı azı 22 nəfər həlak olub, yüzdən çox insan yaralanıb. Prezident 29 sentyabrda hökumətin istefasını elan etsə də, bu,ə qərar küçələrdəki gərginliyi azaldmayıb.

Beynəlxalq Valyuta Fondunun açıqlamasına əsasən, 30 milyon əhalisi olan Madaqaskarda cəmi üçdə birinin elektrik enerjisinə çıxışı var.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur