18.05.25 | Bakı 16.79° C |
10:06:25
Lent :

Belçikadan Ukraynaya nəhəng yardım paketi - SİYAHI

18 may 2025 16:00
DÜNYA
ads

Belçika Ukraynaya ümumi dəyəri 1 milyard avro olan hərbi yardım paketi təqdim edəcək. Paketə müxtəlif hərbi texnika və silahlar daxildir.

 

Qutb.az xəbər verir ki, TILD nəşrinin məlumatına görə, bu məbləğin 650 milyon avrosundan çoxu Belçika mənşəlidir.

 

“Bu, bizim yerli sənaye istehsalımızdır, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli bir hissəsi yenidən ölkəmizin iqtisadiyyatına qayıdır və müdafiə sənayesində məşğulluğu dəstəkləyir”, – deyə Belçikanın müdafiə naziri Teo Franken bildirib.

 

Nəşrin qeyd etdiyi kimi, paketin tərkibinə bunlar daxildir:

 

  • təxminən 100 ədəd zirehli təcili yardım maşını və Unimog nəqliyyat vasitələri,
  • beş pilotsuz dəniz vasitəsi,
  • pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, pilotsuz uçuş aparatlarının aşkarlanması üçün portativ sistemlər, gecə görmə eynəkləri və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər,
  • 16 000-dən çox odlu silah və tapança,
  • iyirmi ədəd modernləşdirilmiş “Cerberus” hava hücumundan müdafiə sistemi,
  • yeni qülləli sınaq üçün nəzərdə tutulan “Leopard” döyüş tankı.

 

Bundan əlavə, Belçika F-16 koalisiyası çərçivəsində ukraynalı texniki xidmət mütəxəssislərinin hazırlanmasına sərmayə qoyacaq və bunu Belçika müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Belçika həmçinin Ukraynada 70 mm-lik raketlərin istehsalının yerli şirkətlərlə əməkdaşlıqla başlamasını dəstəkləyir.

 

Belçika ukraynalı F-16 pilotlarının, gələcək minaaxtaran gəmi heyətlərinin hazırlanması və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə təlimlər də keçirəcək.

 

Mayın əvvəlində Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərdi. Paketə IRIS-T hava hücumundan müdafiə sistemləri üçün raketlər, mina partlayışlarına qarşı qorunan 66 ədəd MRAP zirehli nəqliyyat vasitəsi, 4 kinetik müdafiə maşını və 3 təkərli Zuzana-2 haubitsası daxil idi.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də yaxın vaxtlarda daha çox sursat alınacağını bildirib. Onun sözlərinə görə, “çex təşəbbüsü” çərçivəsində 2025-ci ilin sonuna qədər Ukrayna əlavə 1,8 milyon sursat əldə edə bilər. Çexiya Prezidenti Petr Pavel bu təşəbbüs sayəsində cəbhədə sursat nisbətinin 1:2 səviyyəsinə endirildiyini qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.79° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur