05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Fidandan Türk dövlətlərinin Kipr qərarına REAKSİYA - "Ailə məsələsi..."

24 apr 2025 17:00
DÜNYA
ads
Advertisement

Türkiyənin xarici işlər naziri Hakan Fidan Mərkəzi Asiyada yerləşən Türk dövlətlərinin Kiprlə bağlı qərarına münasibət bildirib.

Qutb.az-ın məlumatına görə, o, ailə məsələlərinin ictimaiyyət önündə danışılmasının düzgün olmadığını vurğulayıb.

"Prinsip olaraq ailə məsələlərini ictimaiyyətdə müzakirə etməməyə üstünlük veririk", - Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək.

"Aramızı vurmağa çalışmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək", - XİN başçısı bildirib.

Xatırladaq ki, Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfinə səfir təyin edib. Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.

Prezident İlham Əliyev isə ADA Universitetində keçirilən konfrans zamanı Şimali Kiprə dəstək ifadə edib. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur