MİQ imtahan nəticələrini açıqlandı
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldular
Fransada taksi sürücülərinin etiraz nümayişi davam edir.
Qutb.az xəbər verir ki, yüzlərlə taksi Parisin mərkəzinə toplaşıb. Onlar oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara və tariflərə etirazlarını bildirirlər. Taksi sürücüləri etiraz nümayişini mayın 27-dək davam etdirəcəklərini söyləyiblər.
Parisin mərkəzində dolaşan taksilər ictimai nəqliyyata da maneələr yaradıb. Polis etiraz nümayişi edən taksiləri müşayiət edib.
Qeyd edək ki, ötən həftə etirazçılar yola şlaqbaumlar qoymuş, zibil qutularını yandırmışdılar. Polislə sürücülər arasında toqquşma olmuşdu.
Milli Taksi Federasiyası bir çox şəhərlərdə yeni toplantılar elan edib.