13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Gürcüstandan AŞPA-ya sərt reaksiya

03 okt 2025 04:00
DÜNYA
ads
Advertisement

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanla bağlı qəbul etdiyi qətnamənin gürcü cəmiyyətinin gözündə heç bir dəyəri yoxdur və obyektiv qiymətləndirməyə əsaslanmır.

 

Qutb.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-nın qətnaməsinə münasibət bildirərkən söyləyib.

 

“Əlbəttə, bu tipli qətnamə heç kəsi təəccübləndirmir, lakin Gürcüstan cəmiyyətinin nəzərində bu qətnamələrin heç bir dəyəri yoxdur. Əgər qətnamə obyektiv qiymətləndirmələrə əsaslanmazsa, onun Gürcüstan cəmiyyəti üçün heç bir dəyəri olmayacaq”, – deyə Kobaxidze vurğulayıb.

 

O, həmçinin AŞPA-nın fəaliyyətini faciəli adlandırıb və qeyd edib ki, Gürcüstan Assambleyasının sessiyalarında iştirakdan imtina etməklə onun işinə münasibətini bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur