12.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

İlham Əliyevlə Paşinyan mənim yaxşı dostlarım oldular - TRAMP

12 avq 2025 11:00
DÜNYA
ads
Advertisement

Mənim üçün böyük şərəfdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə birlikdə onilliklər davam edən müharibə və ölümdən sonra Sülh imzaladıq.

Qutb.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!”, - o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur