14.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

İran Zəngəzur dəhlizinə xüsusi həssaslıqla yanaşır - Nazir

14 avq 2025 18:00
DÜNYA
ads
Advertisement

İranın xarici işlər naziri Abbas Arakçi deyib ki, İran qonşuları arasında sülh və sabitliyi dəstəkləsə də, regional geosiyasi sabitliyin və milli maraqlarının qorunmasına xüsusi diqqət yetirir.

Qutb.az xəbər verir ki, Arakçi Araqçi cümə axşamı İnstagram səhifəsində yazıb: “Çərşənbə günü mən Ermənistan xarici işlər nazirinin müavinini və Rusiya Xarici İşlər Nazirliyinin Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdim. Biz Qafqaz regionunda baş verən siyasi proseslərə xüsusi diqqət yetirərək, beynəlxalq məsələləri müzakirə etdik”.

O, bir daha vurğulayıb ki, İran İslam Respublikası qonşuları arasında sülh və sabitliyin bərqərar olmasına dəstək verməklə yanaşı, regional geosiyasi sabitliyin və milli maraqlarının qorunmasına da xüsusi diqqət yetirir. Xarici işlər naziri əlavə edib ki, İran onun nəqliyyata çıxışını və ya ölkənin maraqlarını məhdudlaşdıra biləcək hər hansı plan və ya layihəyə xüsusi həssaslıqla yanaşır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur