20.05.25 | Bakı 16.48° C |
10:06:25
Lent :

İsrail bütün Qəzzanı nəzarətə götürəcək

20 may 2025 07:00
DÜNYA
ads
Advertisement

İsrail Qəzza sektorunun bütün ərazisi üzərində nəzarəti ələ almaq niyyətindədir.

 

Qutb.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bunu Qəzza sektorunda bir gün öncə başlayan genişmiqyaslı “Gideonun arabaları” əməliyyatının gedişini şərh edərkən deyib. Onun sözlərinə görə, əməliyyatın məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyətə uğradılması və Qəzzada saxlanılan israilli əsirlərin azad edilməsi.

 

Qəzza sektorunda gələcək fəaliyyət planları ilə bağlı sualı cavablandıran Baş nazir İsrail ordusunun hazırda orada “böyük, intensiv və güclü fəaliyyət” göstərdiyini bildirib. “Biz sektorun bütün ərazisinə nəzarəti ələ keçirmək niyyətindəyik və bunu edəcəyik”, - deyə Benyamin Netanyahu bildirib.

 

Xatırladaq ki, mayın 18-də İsrail ordusu Qəzza sektorunun şimal və cənub bölgələrində “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatına başlayıb. SAXAL-dan verilən məlumata görə, hərbi əməliyyatlara beş diviziya cəlb olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.48° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur