25.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

İsrail Qəzzaya 100 yardım maşını buraxdı

25 may 2025 11:00
DÜNYA
ads
Advertisement

İsrail çərşənbə günündən etibarən 100 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib, lakin bu, anklavın iki milyon sakini üçün lazım olan yardım səviyyəsindən çox uzaqdır.

 

Qutb.az-ın xəbərinə görə, bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin rəsmilərinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramı Qəzzada kəskin ərzaq çatışmazlığı barədə xəbərdarlıq edib və anklavda 70 mindən çox uşağın qida probleminin olduğunu bildirib.

 

Xatırladaq ki, mayın 19-da İsrail hökuməti anklavda aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzzaya əsas ərzaq ehtiyatlarının idxalına icazə verəcəyini açıqlayıb.

 

Qəzza hökumətinin hesablamalarına görə, sakinlərin ən əsas ehtiyaclarını ödəmək üçün anklavda hər gün humanitar yardım daşıyan 500-ə yaxın yük maşını gəlməlidir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur