06.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik

04 iyn 2025 03:00
DÜNYA
ads

İyunun 3-dən AJET aviaşirkəti Naxçıvan və Gəncə beynəlxalq hava limanlarından İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına səyahətlər həyata keçirəcək.

 

Qutb.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Yeni mərhələdə təqdim olunan bu reyslər dairəvi marşrut modeli əsasında təşkil olunub: sərnişinlər eyni uçuş nömrəsi ilə Sabiha Gökçen – Naxçıvan – Gəncə – Sabiha Gökçen marşrutu üzrə və ya əks istiqamətdə səyahət edə biləcəklər.

 

Bu model həm marşrutların optimallaşdırılması, həm də bir neçə şəhəri birləşdirən daha çevik və funksional uçuş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Yeni reyslər Azərbaycanın regionlarının turizm və iqtisadi potensialının inkişaf etdirilməsinə, eləcə də sərnişinlər üçün sərfəli, rahat və fasiləsiz səyahət imkanlarının təmin olunmasına yönəlib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur