11.05.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Məşhur şirkət 10 min nəfəri işdən çıxarır

11 may 2025 01:00
DÜNYA
ads

Yaponiyanın elektronika nəhəngi “Panasonic” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.

 

Qutb.az Yaponiya mediasına istinadla xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir. Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.

 

“Panasonic” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı hədəfləyir.

 

İcraçı direktor Kusumi Yuki bildirib ki, şirkəti sürətlə dəyişən biznes mühitinə qarşı "daha səmərəli və davamlı" reaksiya vermək istəyir.

 

“Panasonic” cari maliyyə ili üçün qazanc proqnozunu da açıqlayıb. Satışların təxminən 53,7 milyard (7 faiz azalma) ABŞ dolları olacağı gözlənilir. Xalis mənfəət 15 faizdən çox azalaraq 2,1 milyard dollara düşəcək. Proqnozlar ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin potensial təsiri nəzərə alınmadan hesablanıb. Bu, o deməkdir ki, satış və xalis mənfəət daha da az ola bilər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur